Xəzərin statusu ilə bağlı məsələ həllini tapmalıdır - Musəvi
10.02.2022 12:41 Siyasi reaksiya 441
İranla Azərbaycan arasında tez bir zamanda həll olunmalı məsələlərdən biri də Xəzərin statusudur.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi keçirdiyi mətbuat konfransında bildirib.
Bununla belə o əlavə edib ki, bu, daha çox çoxtərəfli, yəni bütün Xəzəryanı ölkələri iştirakı ilə həll olunmalı məsələdir:
“Biz ölkə daxilində Xəzərin hüquqi statusuna dair konvensiyanın təsdiqi ilə bağlı bir çox mərhələləri keçmişik, hazırda məsələ parlamentdə təsdiq mərhələsindədir. Bu məsələ başa çatdıqdan sonra biz enerji əməkdaşlığı, enerji mənbələrinin işlənilməsi məsələsində daha əminliklə danışa bilərik. Bir-iki enerji mənbəyi var ki, onlarla bağlı fikir ayrılıqları yoxdur”.(teleqraf)
Şərhlər