Ərdoğan Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

17.03.2022 12:21     Siyasi reaksiya     536

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

"Unikal" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, görüşdə Ukrayna-Rusiya müharibəsindəki son hadisələr müzakirə edilib.

Ərdoğan görüşdə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün diplomatiya sahəsində sıx səy göstərdiklərini, ən qısa zamanda atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin fayda vermədiyini bildirib. 

Türkiyə lideri Ukrayna prezidenti Zelenski ilə Rusiya prezidenti Vladimir Putini bir araya gətirmək üçün səylərini davam etdirəcəyini bildirib .

Həm Ukraynada, həm də qonşu ölkələrdə ukraynalılara humanitar yardım çatdırmaqda davam etdiklərini bildirən Ərdoğan humanitar dəhlizlərin effektiv işləməsinin vacibliyini vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar