Azərbaycan səfiri İran parlamentinin erməni əsilli deputatlarına cavab verib
22.03.2022 12:30 Siyasi reaksiya 410
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməni əsilli deputatının etiraz etməsinə münasibət bildirib.
Bu barədə səfir “Twitter” hesabında paylaşım edib.
“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməni əsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.
Ümid edirəm din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - deyə səfir bildirib.
Şərhlər