Rusiya səfirindən Delyaqinin açıqlamasına münasibət

30.03.2022 13:18     Siyasi reaksiya     317

“Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin açıqlaması qəbuledilməzdir”.

Reaksiya.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Səfirin sözlərinə görə, deputatın dedikləri Moskvanın rəsmi mövqeyi deyil və artıq Kreml və Rusiya Xarici İşlər Nazirliyi tərəfindən tənqid olunub: “Mən Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl gətirən bu cür bəyanatları qəbuledilməz hesab edirəm”.

Reaksiya.az

Şərhlər