Brüssel görüşü sülhə və Azərbaycana nə verdi?
07.04.2022 16:47 Siyasi reaksiya 476
Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən üçtərəfli görüş sülhə və Azərbaycana nə vəd edir?
Bu sual əsasında politoloqların hazırladığı tezisləri və mühüm məqamları oxucularımıza təqdim edirik:
- Görüşlər və danışıqlar Prezident İlham Əliyevin post münaqişə dövründə Brüssel sülh gündəliyinin tərkib hissəsidir.
- Bu formatda ilk üçtərəfli görüş 14 dekabr 2021-ci ildə keçirilib və nəticə etibarilə, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.
- 6 aprel görüşü üçtərəfli əsasda 4 saat yarımdan artıq davam edib. Görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın. İki ölkənin XİN-inə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
- Bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldərılır.
- Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur.
- Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur.
- Sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan ATƏT MQ həmsədrlik institutina istinad yoxdur.
- Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
- Aİ qərəzsiz tərəfdir. Hər iki tərəfin Aİ-yə etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.
Şərhlər