Litva Prezidenti Azərbaycana gəlir - Səfər proqramı
16.05.2022 12:59 Siyasi reaksiya 557
Litva Prezidenti Gitanas Nauseda mayın 18-20-si Azərbaycan və Ermənistana səfər edəcək.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Litva Prezidentinin Mətbuat xidməti yayıb.
Məlumata görə, Nauseda səfəri zamanı Azərbaycan və Ermənistan Prezidentləri ilə görüşlər keçirəcək.
Prezident İlham Əliyevlə görüş zamanı tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Litva Prezidenti, həmçinin səfər çərçivəsində hər iki ölkənin Baş nazirləri ilə də danışıqlar aparacaq.
Şərhlər