Ukrayna notariusları Krımı "özəlləşdirdi"

20.08.2015 14:48     Siyasi reaksiya     2597

Ukraynanın qərbində yerləşən Lutsk şəhərində notariuslar Krım Respublikasını Rusiya torpağı kimi qəbul edir.

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Krımın Sənəd və Kadastr komitəsinin sədri Aleksandr Spiridonov verdiyi açıqlamada bildirib.

Məlumata görə Lutsk şəhərində fəaliyyət göstərən notariuslar Krımı rəsmi sənədlərdə Rusiyanın mühüm bir hissəsi kimi göstərir.

Sənədləşmə  üçün hazırlanan notariat sənədlərində Krımın Rusiya ərazisi kimi göstərilməsinin siyasi əhəmiyyətini vurğulayan Spiridonov həm Krımdakı dövlət mexanizminin, həm də Krımın Rusiyaya inteqrasiyasının tanındığını qeyd edib.

Krımlı dövlət nümayəndəsi Ukraynadakı hüquqi təşkilatların əvvəllər Krımdakı daşınmaz əmlak müqavilələrini xaricdəki saxta şirkətlər vasitəsilə qeydiyyatdan keçirdiklərini qeyd edərək hazırda vəziyyətin dəyişdiyini diqqətə çatdırıb.

Artıq müqavilələrin Rusiya qanunvericiliyinə uyğun şəkildə qeydiyyata alındığını deyib. 

Şərhlər

Çox oxunanlar