Şimali və Cənubi Koreya arasında gərginlik - Səsucaldan qalmaqalı
20.08.2015 14:57 Siyasi reaksiya 2432

Şimali Koreya ilə Cənubi Koreya arasında son günlərdə yaşanan gərginlik artmağa davam edir.
Reaksiya.az xəbər verir ki, Şimali Koreyadakı kommunist rəhbərliyinə qarşı təbliğat aparmaq üçün sərhədə qoyulan Cənubi Koreyanın səsucaldan qurğusuna atəş açılıb. Cənubi Koreya da buna cavab olaraq atəş açılan tərəfə doğru onlarla top mərmisi atıb.
Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada, yerli vaxtla 04:00-dən əvvəl sərhədin qərbindən raketin işə salındığı, ordunun da eyni istiqamətə doğru 155 mm-lik onlarca top mərmisi atdığı qeyd olunub.
Nazirlik həmçinin ordunun Şimali Koreya ordusundakı hərəkətliliyi yaxından təqib etdiyini bildirib. Digər tərəfdən, yerli hökumət rəsmisi sərhəddəki bəzi kəndlərin azad ediləcəyi fikrini irəli sürüb.
Qeyd edək ki, Cənubi Koreya Şimali Koreya rəhbərliyini tənqid etmək üçün sərhədə yerləşdirdiyi səsucaldanlardan istifadə edir.
Şərhlər