Gürcüstan ABŞ-dan kömək istədi

20.08.2015 15:33     Siyasi reaksiya     2687

Gürcüstanın müdafiə naziri Tinatin Hidaşeli və ABŞ-ın müdafiə naziri Eşton Karter Vaşinqtonda ikitərəfli görüş keçirib.

Reaksiya.az xəbər verir ki, Hidaşeli  "Rusiya təcavüzünə qarşı” ABŞ-dan “plan və proqram” yardımı istəyib. Karter öz növbəsində Gürcüstana müdafiə qabiliyyətini artırması üçün verdikləri dəstəyi davam etdirəcəkləri haqqında söz verib.

Hidaşeli bir həftəlik səfər çərçivəsində getdiyi Vaşinqtonda çərşənbə günü ABŞ-ın müdafiə naziri Eşton Karterlə görüşüb. İki nazir görüş ərəfəsində ABŞ-ın ilk əcnəbi əsilli (Gürcü mənşəli) baş qərargah rəisi Con Şalikaşvilinin portretinin qarşısında fotoşəkil çəkdirib və Şalikaşvili xatirəsinə hazırlanan mavzoleyin qarşısına əklil qoyub.

Karter açıqlayıb ki, ABŞ rəhbərliyi Gürcüstanın regional təhdidlərə qarşı gələ bilməsi üçün müdafiə qabiliyyətini artırmaq məqsədilə əməkdaşlığı gücləndirmək niyyətindədir. Buna görə də Tbilisi ilə aparılan ikitərəfli və çoxtərəfli hərbi təlimlərini davam edəcək. Hidaşeli isə Rusiya təcavüzünə qarşı qoymaları üçün ABŞ-ın rəsmi Tbilisini arqumentlər, proqramlar və planlar ilə silahlandırılmasını istəyib.

"ABŞ GÜRCÜSTANI TƏK QOYMAYACAQ”

Gürcüstanlı nazir Hidaşeli görüşdən sonra verdiyi açıqlamada, danışıqların son dərəcə məhsuldar keçdiyini bildirərək ABŞ-ın Gürcüstanı tək qoymayacağı haqqında məlumat verib. O qeyd edib ki, Gürcüstan ABŞ-ın tərəfdaşı olaraq regional təhdidlərə lazım olan cavabı verə biləcək, iki ölkə arasındakı müdafiə əməkdaşlığının konkret nəticələrini yaxın zamanda görüləcək.

 PENTAQONDAN 20 MİLYON DOLLAR YARDIM SÖZÜ

 Bu arada Pentaqonun mətbuat katibi Piter Kuk ABŞ-ın il ərzində Gürcüstana "Müttəfiqlərin təhlükəsizliyinin gücləndirilməsi” proqramı çərçivəsində 20 milyon dollarlıq yeni bir maliyyə yardımı daha edəcəyini deyib.

 NATO Gürcüstanda hərbi təhsil mərkəzi açacaq

Tinatin Hidaşeli ABŞ-dakı görüşləri zamanı dünən verdiyi bəyanatda  2016-cı ilin iyulunda Polşanın paytaxtı Varşavada keçiriləcək NATO sammitində Gürcüstanın alyansa üzvlüyünü gündəmə gətirəcəklərini açıqlayıb: "Varşava sammiti yaxınlaşır. Gürcüstan alyansa üzvlük və genişlənmək məsələsini həmişəkindən daha güclü şəkildə bütün tərəfdaşlarına çatdırdı".

Ölkəsinin NATO üzvlüyünə layiq olduğunu müdafiə edən Hidaşeli, NATO-nun da verdiyi sözü tutmasının lazım olduğunu qeyd edib.

Digər tərəfdən, Rusiya NATO-nun Ukrayna ilə Gürcüstanı üzvlüyə qəbul etməklə şərqə doğru genişlənmə ehtimalına qarşı çıxır. Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko daha əvvəl ittifaqın Ukrayna ilə Gürcüstanı üzvlüyə qəbul etməsinin bütün Avropa üçün ağır geosiyasi nəticələri ola biləcəyini bildirmişdi.

Şərhlər

Çox oxunanlar