Rusiyadan xəbərdarlıq - "Sərhədi aşmayın"

20.08.2015 16:10     Siyasi reaksiya     2521

Cənubi Koreya və Şimali Koreya arasındakı gərginliyin artmasına ilk reaksiya Rusiyadan gəlib.

Reaksiya.az xəbər verir ki, Rusiya xarici işlər nazirliyindən adı açıqlanmayan bir səlahiyyətli "Moskva Cənubi Koreya ilə Şimali Koreya sərhədində baş verən qarışıqlıqdan narahatdır. Ümid edirik ki, tərəflər təhlükəli zolağı aşmırlar" deyib.

İki ölkənin gərginliyi artırma meylində olduğunu qeyd edən Rusiyalı nümayəndə sərhəd bölgəsindəki mina partlayışından sonra tərəflərin bir-birilərinə atəş açmasına görə böyük narahatlıq hiss etdiklərini vurğulayıb.

Xarici işlər nazirliyi rəsmisi Koreya yarımadasındakı böhranın həlli üçün Rusiya ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Şimali Koreyanın iştirakı ilə keçirilən altılıq ölkələri danışıqların bərpa edilməsinin lazım olduğunu qeyd edib.

 

Şərhlər

Çox oxunanlar