Misir prezidenti Moskvaya gedəcək
20.08.2015 16:35 Siyasi reaksiya 2488

Misirin prezidenti Əbdül Fəttah əl-Sisi rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün avqustun 26-də Rusiyaya gedəcək.
Reaksiya.az xəbər verir ki, Putin və Sisi ölkələrinin iqtisadi əməkdaşlığının gələcəyini müzakirə edəcək. Tərəflər, həmçinin Yaxın Şərq və Şimali Afrikadakı hadisələr kimi beynəlxalq problemləri ətrafında da müzakirələr aparacaq.
Son olaraq mayın 9-u II Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümünü qeyd etmək üçün Rusiyaya səfər edən Misir lideri Sisi və Rusiya prezidenti Putin Kreml sarayında mətbuata qapalı görüş keçirib.
İki lider bu görüşlərindən əvvəl isə ən son fevral ayında bir araya gəlmişdi. Putinin Qahirə səfəri zamanı iki ölkə iqtisadiyyat, təhlükəsizlik və hərbi sahədə əməkdaşlığı gücləndirmək qərarı almışdı.
Şərhlər