Yunanıstan erkən seçkilərə gedə bilər
20.08.2015 16:39 Siyasi reaksiya 2418

Bu gün idarəediciləri ilə bir araya gələcək Yunanıstanın baş naziri Aleksis Çiprasın erkən seçki açıqlaması edəcəyi gözlənilir.
Reaksiya.az xəbər verir ki, bu fikri Yunanıstan hökümətindən bir mənbə səsləndirib.
O bildirib ki, ölkədəki siyasi vəziyyəti nəzarət altına almaq üçün ola bilər ki, Çipras bu gün erkən seçkilərin 3-4 həftə ərzində baş verəcəyini açıqlasın.
Mənbə erkən seçki qərarının əsasında nəyin dayandığı sualına isə belə cavab verib: “35-dən artıq parlament üzvü beynəlxalq kreditorlardan əldə ediləcək üçüncü qurtarma paketinə “yox” cavabı verib”.
Şərhlər