Ərdoğan Azərbaycan hərbçilərinin qatıldığı təlimi izləyir

09.06.2022 14:07     Siyasi reaksiya     643

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimini izləmək üçün İzmirə gəlib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyir.

Reaksiya.az

Şərhlər