Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı Azərbaycana səfər edib - FOTOLAR

20.08.2015 18:44     Siyasi reaksiya     1917

Bu gün Əl-Cəzirə Araşdırmalar Mərkəzinin  Baş Tədqiqatçısı doktor Fatima Ahmad Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisinin qonağı olub. Tətqiqatçısı olduğu Əl-Cəzirə Araşdırmalar  Mərkəzi 2006-cı ildə yaradılıb və hal-hazırda həm regional, həm də  qlobal səviyyələrdə cari məsələlərlə bağlı geniş araşdırmalar aparır. Mərkəzin tədqiqat gündəliyində əsasən, Ərəb dünyası və ətraf regionların geopolitik və strateji inkişafı ilə bağlı məsələlərə diqqət yetirilir. Əl-Cəzirə Şəbəkəsinin  analitik bir qolu  kimi, mərkəz  tədqiqatlar aparılması  və təşkilat üçün müvafiq, yüksək biliklərin qurulması üçün  səylər göstərir.

Avqustun 30-na qədər Bakıda səfərdə olacaq doktor  Fatima Ahmadın səfərinin məqsədi “Azərbaycan və Körfəz ölkələri arasında əlaqələr, həmçinin Azərbaycanın regional əlaqələri və xüsusilə də, İran-P5+1-lə ( İran- BMT-nin daimi 5 üzvü və Almaniya) nüvə razılaşmasından sonra, Azərbaycanın Qafqazda və Xəzər dənizi regionunda gələcək rolu” mövzusunda tətqiqat işinin aparılması ilə bağlıdır.

Görüş zamanı ilk olaraq BAMF-ın sədri Umud Mirzəyev xanım Fatima Ahmadı təşkilat haqqında məlumatlandırıb, ofis və əməkdaşlarla tanış edib.

Daha sonra isə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, BAMF-ın sədri Umud Mirzayev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin iştirakı ilə baş tutan görüşdə bir sıra mövzular müzakirə edilib, tərəflər arasında fikir mübadiləsi aparılıb və ən əsası isə doktor Fatima Ahmadın tədqiqat mövzusuna dair bir sıra mütəxəssilərlə görüşlərinin həyata keçiriləcəyi  planlaşdırılıb. 

Şərhlər

Çox oxunanlar