"Dağlıq Qarabağın statusu məsələsi hələ də həll olunmamış qalır" - Paşinyan

24.06.2022 12:33     Siyasi reaksiya     599

“Dağlıq Qarabağın statusu məsələsi hələ də həll olunmamış qalır”.

Konkret.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Almaniyanın Ermənistandakı səfiri Viktor Rixterlə görüşündə deyib.

“Dağlıq Qarabağın statusu məsələsi hələ də həll olunmamış qalır və bu problem ATƏT-in Minsk Qrupunun həmsədrliyinin beynəlxalq səviyyədə tanınmış formatı çərçivəsində həll edilməlidir”, – Paşinyan deyib.

Viktor Rixter Almaniya hökumətinin regionda sülhün bərqərar olmasına və Dağlıq Qarabağ münaqişəsinin ATƏT Mİ çərçivəsində həllinə dəstəyini ifadə edib.

Həmçinin bildirilir ki, həmsöhbətlər intensiv kənd təsərrüfatı, energetika, su idarəetməsi, elektron hökumət, maliyyə və s. sahələrdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar