"Sərhədlərin delimitasiyası ilə bağlı işlər gedir" - Lavrov
24.06.2022 15:07 Siyasi reaksiya 617
"Rusiya və Azərbaycanı çoxəsrlik tellər bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Rusiyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıb".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında deyib.
Hökumətlərarası Komissiyasının fəaliyyətindən danışan rusiyalı nazir bildirib ki, müharibədən sonra sərhədlərin delimitasiyası ilə bağlı işlər gedir.
“Bizim müntəzəm əlaqələrimiz davam edir. Biz iki həftə sonra Peterburqda yenidən görüşəcək və bu məsələlərlə bağlı müzakirələr aparacağıq”.
Şərhlər