Azərbaycan və İran XİN rəhbərləri görüşdü
04.07.2022 12:29 Siyasi reaksiya 405
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.
Bu barədə İran XİN-nin mətbuat şöbəsi məlumat yayıb.
Ceyhun Bayramov iranlı həmkarı tərəfindən XİN binasında rəsmi qarşılanıb. Görüş zamanı nazirlər iki ölkə arasında əlaqələr, görüləcək işlər barədə fikir mübadiləsi aparırlar.
Qeyd edək ki, Ceyhun Bayramovun İrana səfəri bu gün başlayıb. Nazir İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf ilə də görüşəcək.
Şərhlər