Çavuşoğlu Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb
08.08.2022 12:26 Siyasi reaksiya 469
“Qarabağ işğal altında olduğu zaman Türkiyə düzgün olanın, haqqın tərəfində idi. Döyüşlər başlayarkən Türkiyə Azərbaycan əsgərini dəstəklədi”.
Bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Qəhrəman Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad etməsinin ardından sürətlə bölgədə, regionda sülh üçün işlərə başlamışıq”, Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir. Nazir Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb.
Şərhlər