Xankəndi Bakının nəzarətinə keçir, ermənilər sevinəcək - Qalstyan

19.08.2022 20:53     Siyasi reaksiya     720

Sentyabr ayı Ermənistan dövləti və ümumilikdə erməni xalqı üçün kulminasiya ayı olacaq. Ən ciddi prosseslər məhz bu ay baş verecək. Bu prosseslərdən dərhal sonra isə Azərbaycan, türk maşınları İrəvan küçələrində şütüyəcək, Xankəndiyə nəzarət Bakıya keçəcək və bundan nəinki Azərbaycan xalqı, hətta Qarabağda yaşayan ermənilər də sevinəcək. Onlar aclıq, səfalət, işsizlikdən çıxıb işıqlı, gözəl həyata qədəm qoyacaq.

Reaksiya.az axar.az -a istinadən xəbər verir ki, bu sözləri Ermənistan telekanalının efirində yayımlanan “İcmal” verlişində tanınmış erməni rejisor və ictimai xadim Ohanes Qalstyan deyib. “Ermənistan hakimiyyətinin onlara verə bilmədiyini Bakı verəcək. İrəvandakı ticarət mərkəzində baş verən partlayış, ümumilikdə Ermənistanda sentyabrda baş tutacaq böyük “partlayışın” kiçik modeli idi. Biz hazırda bomba üzərində oturmuşuq. Ermənistanın qorxulu yuxusu çox davam edə bilməz, yaxın vaxtlarda biz yeni fazaya qədəm qoyacağıq. Orada necə olacağı isə özümüzdən aslıdır...” - deyə o qeyd edib.

Şərhlər

Çox oxunanlar