Bir-birinin əsəblərini yoxlayırlar - POLİTOLOQ

21.08.2015 13:58     Siyasi reaksiya     2314

Xəbər verildiyi kimi, Rusiya müasir və özəl olaraq hazırlanmış raketdən müdafiə sistemlərini Arktikaya yerləşdirir. Avropa ölkələri və ABŞ ilə Rusiya arasında bir müddətdir davam edən gərgin münasibətlərə bu addım necə təsir göstərəcək?

Məsələ ilə bağlı Reaksiya.az-a açıqlama verən politoloq Mütəllim Rəhimli ölkələr arasında soyuq müharibə getdiyini bildirib: “Tərəflər daimi olaraq bir-birinin əsəblərini yoxlayırlar. Kütləvi informasiya vasitələrində aparılan hücumlarla yanaşı, qarşı tərəfin psixoloji gərginliyini artırmq üçün silahlanmaya da geniş yer verilir. Rusiyanın Arktikada raket kompleksi yerləşdirməsi də bu qəbildəndir. Müasir silahların texniki göstəriciləri imkan verir ki, o hədəfi uzaq məsafədən məhv etsin. Məsələ bundadır ki, Rusiya ilə Qərb və ABŞ arasında münasibətlər kifayət qədər gərgindir. Ona görə də artıq tərəflərin atdığı hər hansı addım münasibətlərin gərginləşməsinə deyil, qarşı tərəf üzərində qələbəyə hesablanır”.

Qeyd edək ki, Arktikada “Pantsir-C1” zenit raket komplekslərini Norveçin əsas şəhərlərinə yaxın məsafədə yerləşdirib. Bundan başqa, Moskvanın eyni raketləri şərq ərazilərində ABŞ və Yaponiyaya yönəlmiş vəziyyətdədir. Rusiya Arktikada 16 sualtı liman, 10 axtarış stansiyası, 10 radiolokasiya stansiyası, 13 aerodrom yaratmaq fikrindədir. Bu ona özünün bu yeni bölgədə hərbi gücünü göstərməyə imkan verir.

 

Şərhlər

Çox oxunanlar