İlham Əliyev general-mayor ali hərbi rütbəsi verdi

21.08.2015 14:52     Siyasi reaksiya     2154

E.B.Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsi verilsin”.

 

Şərhlər

Çox oxunanlar