Zakir Həsənov səfiri qəbul etdi
21.08.2015 16:04 Siyasi reaksiya 1950
Avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.
Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlağın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Şərhlər