Ərdoğan seçkinin keçiriləcəyi günü açıqladı - VİDEO

21.08.2015 17:11     Siyasi reaksiya     1843

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bütün həqiqətlər ortadadır, vaxt itirməyə ehtiyac yoxdur. 1 noyabrda Türkiyə təkrar seçki yaşayacaq" sözlərini deyib.

Reaksiya.az xəbər verir ki, dövlət başçısı İstanbulda cümə namazı çıxışında jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan CHP lideri Kılıçdaroğluya vəzifə verilib-verilməyəcəyi barədə isə "Beştepeyi bilməyəni niyə çağırım ki” açıqlamasını edib.

O, terror hücumları, həll prosesi və gündəmlə bağlı önəmli bəyanatlar verib:

“Seçkilər əslində bir ümiddir, amma seçkidən sonra təəssüf ki, arzu edilməyən çox-çox çirkin hadisələr oldu. Demokratiyanın daha güclü hala gələcəyi gözlənirdi ki, belə hadisələr oldu. 6-7-8 oktyabr hadisələri bu prosesin ən bədbəxt inkişafı idi. Vətəndaşlarımız o zaman öldü, öldürülənlər kürd vətəndaşlarımızdı”. “Küçələrə bunları dəvət edən kim idi? Separatçı terror təşkilatını arxasına alan siyasi partiyanın həmsədri. Amma media, bəzi dairələr çox ciddi dəstək verdilər, zaman gəldi ki, əlinə saz verdilər. Fərqli bir prosesə gedir. Yasin Börü şəhid edildi. Buna ölkəmizdəki partiyalar səs çıxarmadılar, həqiqətləri görmədilər”.

“Separatçı terror təşkilatı ölkəmizi parçalamaq üçün cəhd etdi. Bu günə qədər səbr etdik. Mən də demək məcburiyyətində qaldım, proses soyuducuyaa qoyuldu. Millətimizin əmin-amanlığı üçün hər kəs üzərinə düşən vəzifəni aparmaq məcburiyyətindədir. Hamı birlikdə əlimizdən nə gəlirsə, bunu sona qədər aparacağıq”.

“Xalqımız öz içərisində separatçı terror təşkilatına daxil olanları seçməlidir. Polisə xəbər verməlidirlər. Xalqı aldatmayın, kimsə bu yalanları udmur, kimin kim olduğunu bilirik. İnvestisiyalar qoyulur, bunları edənlər ortada. Bunlar kim üçündür? O bölgə üçündür”.

“Bunların yeganə dərdi bu ölkəni necə bölmək, necə qarışdırmaqdır. Onlar özlərini gizlədirlər. Təəssüf ki, bu ölkənin övladlarını bir-birinə düşmən edirlər. Canımız çox yanır, şəhidlərimiz olur. Ailələrinə səbirlər diləyirəm, amma bu mübarizə zamanı bunların olacağına inanmırdım. Bu işdən qələbəylə çıxacağıq, zəfərlə çıxdığımız zaman bütün şəhidlərimiz bu ölkədə xeyirlə yad ediləcək, qanları yerdə qalmayacaq”.

“Bu millətin birliyini pozmağa cəhd edənlər bilsinlər ki, bu millət onları da lənətləyir. Seçki prosesinə daxil oluruq. Prezidentin səlahiyyətləri bəllidir. Prezidenti kimi səlahiyyət sahəmi bilirəm və bu sahəmi sonuna qədər istifadə etmək məcburiyyətindəyəm, vaxt itirmək həvəsində olmamışam, olmayacağam”. “Beştepeyi bilməyəni Beştepeyə niyə çağırım? Vaxt itirməyə lüzum varmı? Prezident seçkiyə apara bilərmi? Apara bilər”.

Şərhlər

Çox oxunanlar