“Azərbaycanla Ermənistan sülh sazişinin əsas bəndlərini razılaşdırıb”
11.10.2022 17:10 Siyasi reaksiya 402
“Azərbaycan və Ermənistan sülh müqaviləsinin 5 əsas bəndi üzrə razılıq əldə edib”.
“Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvnet” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, sözügedən bəndlərə ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. aiddir: “Geriyə yalnızca bunları həyata keçirmək qalır”.
Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı danışıqlardan sonra başlayacaq.
O bildirib ki, Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş müsbət məcrada keçib.
Şərhlər