İlham Əliyevdən Rəisinin yanında Zəngəzur mesajı...

13.10.2022 12:36     Siyasi reaksiya     346

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib.

Qeyd edək ki, sözügedən sammitdə İran Prezidenti Rəisi də iştirak edib.

Xatırladaq ki, İran rəsmiləri, xüsusilə də İran Ali dini lideri Xamenei Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə paylaşım edərək, açıq şəkildə bu dəhlizə qarşı olduqlarını açıqlayıblar.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar