Azərbaycanlı dostlarımızın yanındayıq - İsrail səfiri

18.10.2022 13:01     Siyasi reaksiya     294

İsrailin ölkəmizdəki səfiri Corc Dik Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Reaksiya.az xəbər verir ki, diplomat bu barədə tvitter hesabında yazıb.

“Müstəqilliyin Bərpası Günün mübarək, Azərbaycan!

Ölkələrimiz arasında sıx dostluğun və əməkdaşlığın dərinləşməsinin 30 illiyini qeyd etdiyimiz zamanda, biz region üçün dinc, firavan və ümidli gələcək axtarışlarında azərbaycanlı dostlarımızın yanındayıq”, - Corc Dik qeyd edib.

Reaksiya.az

Şərhlər