İran nədən narahatdır? Ermənilər savaşa hazırlaşır? Diqqətlər Zəngəzurda - VİDEO

18.10.2022 14:37     Siyasi reaksiya     858

 Azərbaycanın müharibədən sonrakı dövrdə apardığı mübarizənin gücləndirilməsini, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində “Media Araşdırmaları və Monitorinq Mərkəzi”  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Post- münaqişə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq platformalarda yayılması” adlı layihə çərçivəsində Reaksiya TV-nin efirinfə növbəti veriliş yayımlanıb.

Verilişin budəfəki qonağı politoloq Qabil Hüseynlidir.

Politoloq bildirib ki, artıq İrəvan sülh məsələsində də cığallıq etməyə başlayıb. Ermənilər hazırda bir-birinə zidd olan bəyanatlar irəli sürürlər. Düşünürəm ki, Fransa prezidenti Emmanuel Makronun sonuncu çıxışından sonra Brüssel prosesi də ciddi təhlükə altına düşüb. İrəvan bunu hədəf götürərək öz hərbi güclərini artırmaq istəyir. Ermənistanın müdafiə naziri Hindistana gedib. Müdafiə gücünü artırmaq üçün İrəvan hətta Avropa ölkələri ilə danışıqlara başlayıb. Belə görünür ki, ermənilər yenidən “sərhəd əməliyyatları” həyata keçirmək istəyirlər. Ermənilər sanki yenidən ürəklənərək hərbi əməliyyatlara can atırlar. Görünən odur ki, Bakıdan fərqli olaraq İrəvan sülh haqqında düşünmür”.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar