Ərdoğan Azərbaycana gəlir

20.10.2022 12:34     Siyasi reaksiya     323

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər edəcək.

Ərdoğan Azərbaycana yola düşüb. Türkiyə Prezidentini bu səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi və digər rəsmi şəxslər müşayiət edir.

Ərdoğan səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.

Ərdoğan, həmçinin yeni layihələrin təməlqoyma mərasiminə də qatılacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar