Rusiyanın "Birinci kanalı"nın efiri zamanı Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə çağırışlar və təhqirlər səsləndirilib.
Reaksiya.az Axar.az- a istinadən xəbər verir ki, “Böyük oyun” verilişinin aparıcısı Vyaçeslav Nikonov və onun qonaqları Qarabağ üzərində Azərbaycanın yurisdiksiyasının bərpa edilməsinin “Rusiyanın maraqlarına uyğun olmadığı” haqqında cəfəngiyyat danışıblar.
Daha sonra müzakirələr zamanı ekranda keçmiş və qondarma "dqr" separatçı qurumunun “xəritəsi” göstərilib. Bu azmış kimi, Andranik Miqranyan tamamilə qeyri-adekvat mülahizələr irəli sürüb.
Sonda Rusiya Federasiyası İctimai Palatasının üzvü Natalya Naroçnitskayanın “şərhini” isə tam olaraq Bakıya qarşı təxribat adlandırmaq olar. O, verilişin sonunda aparıcının sözləri kəsərək, "Qarabağ - əzəli erməni torpağıdır" deyə bağırıb.
Üzr tələbi və Azərbaycan ərazisində "Birinci kanalın" mümkün bloklanması Rusiya ilə Azərbaycan arasında düşmənçilik salmaq istəyən təbliğatçılar üçün yaxşı dərs ola bilər. Azərbaycan XİN-in reaksiyasını gözləyirik...
Şərhlər