Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında yolun açılması... - Ərdoğan
21.10.2022 13:15 Siyasi reaksiya 568
Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, eyni zamanda, regional və beynəlxalq prosesləri Prezident İlham Əliyevlə müzakirə etdik.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Cənubi Qafqaza yönəlik ortaq baxışımızın sülh, sabitlik və inkişaf təməlində inşa edildiyini bir daha təsdiqlədik. Sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında əlaqə yolunun açılması və sülh müqaviləsinin imzalanması bölgənin normallaşması üçün mühüm addımları təşkil edəcək”, - Ərdoğan qeyd edib.
Şərhlər