Ərdoğanın azərbaycanlı məsləhətçisinin "Facebook" səhifəsi bağlanıb

27.10.2022 18:33     Siyasi reaksiya     670

Türkiyə Cümhuriyyəti Prezidentinin xarici siyasət və təhlükəsizlik məsləhətçisi, Azərbaycan Kültür Fondunun prezidenti, professor Aygün Attarın "Facebook" səhifəsi bağlanıb.

Bu barədə Reaksiya.az olaraq Aygün Attarla əlaqə saxladıq.

A. Attar açıqlamasında bildirdi ki, onun  adından açılan 50 minlik səhifəsi ermənilərin şikayəti ilə bağlı bağlanıb.

"Bu, birinci dəfə deyil, dəfələrlə bu cür məhdudiyyətlə qarşılaşmışam", - deyə Aygün Attar bildirib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar