Rusiya-Azərbaycan-Ermənistan parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlayıb

01.11.2022 15:04     Siyasi reaksiya     484

Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlayıb.

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, bu təmaslar iki ölkənin xalqları arasında etimadı gücləndirmək üçün lazımdır: “Biz bu tapşırığı həyata keçirmək üçün Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmlərindən istifadə etməyi nəzərdə tutmuşuq”.

Reaksiya.az

Şərhlər