Azərbaycan Prezidenti həmkarını təbrik etdi
22.08.2015 10:54 Siyasi reaksiya 1906
Reaksiya.az-ın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir:
“Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm”.
Şərhlər