Moskvada Bayramov və Lavrov arasında görüş keçirilir

05.12.2022 13:49     Siyasi reaksiya     800

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Reaksiya.az  Report-a istinadla xəbər verir ki, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir.

XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar