Kreml: Üçtərəfli görüş olmayacaq, təkbətək danışıqlar mümkündür

26.12.2022 13:41     Siyasi reaksiya     608

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində baş tutacaq. MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək",- deyə Kremlin sözçüsü vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar