Leyla Abdullayevadan Ermənistana ÇAĞIRIŞ
24.01.2023 12:56 Siyasi reaksiya 379
“Avropa İttifaqının Ermənistana missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır”.
Reaksiya.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.
“Bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir”, - deyə diplomat əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək barədə qərar verib. Missiyanın iki il fəaliyyət göstərəciyi gözlənilir.
Şərhlər