Birləşmiş Ştatların Orta Asiya “təəssübkeşliyi” - Birləşmiş Ştatların Orta Asiya “təəssübkeşliyi”
24.02.2023 19:46 Siyasi reaksiya 421
ABŞ Dövlət Katibi Entoni Blinkenin Fevralın 28-dən başlayaraq Mart ayının 3-nə qədər davam edəcək Mərkəzi Asiya səfəri baş tutacaq. Bu səfər zamanı 5+1 formatı üzrə (ABŞ+Qazaxıstan, Özbəkistan,Tacikistan,Qırğızıstan və Türkmənistan) səfərlər olacaq. Səfərlərin ana xəttini təşkil edəcək məsələ isə qarşılıqlı əməkdaşlığı dərinləşdirmək, xüsusilə də Tramp adminstrasiyaının Mərkəzi Asiya strategiyasını davam etdirməkdir.
Aydındır ki, hazırda dünyanın diqqət mərkəzində olan regionlarından biri də Mərkəzi Asiyadır. Daha dəqiq desək, bu bölgə üzərində amansız mübarizə də müşahidə edilir. Sadəcə ona görə yox ki, təbii sərvətlərlə zəngindir, həm də ona görə ki, orta Asiya ölkələri Çin və Rusiya ilə qonşudur. Bununla yanaşı adı çəkilən ölkələrin bu bölgəyə təsir imkanları da olduqca genişdir. Bu səbəbdən Birləşmiş Ştatlar Orta Asiyaya xüsusi önəm verir.
"2020-ci ildə Qazaxıstanda hasil edilən 85,7 milyon ton neftin 30,6 faizi Qazaxıstanın (birgə müəssisədəki paylar da daxil olmaqla), 28,7 faizi Amerika, 18,7 faiziAvropa və 16 faizi isə Çin şirkətlərinin payına düşüb. Ölkədəki üç neft emalı zavodundan birini Çin şirkətləri alıb, digər ikisinə isə yüksək dərəcədə nəzarət edirlər. Bu siyahını xeyli uzatmaq olar. Göründüyü kimi xüsusilə Çinin sadəcə Qazaxıstanda deyil, eyni zamanda digər orta Asiya ölkələrində milyardlarla dollarlıq yatırımları mövcuddur. Bu həm də həmin ölkələrin gələcək perspektivdə başağrısına çevriləcək ciddi məsələdir. Çünki Çin bir çox hallarda həmin maliyyəni borc olaraq verir və nəticədə bir çox hallarda həmin kreditləri geri qaytarmaq mümkün olmur. Bütün bunlarda Qərbin də öz “rolu” var. Çünki bütün bunlardan faydalanan Orta Asiya ölkələri üçün həmin Qərb bankları əlçatmaz idi. Çünki həm şərtlər daha ağırdır, həm də tələblər həddindən artıq çoxdur.
Çin xüsusilə neft və qazın daşınmasına əhəmiyyət verir. Bunun nəticəsidir ki, Çin həm də Türkmənistana kredit verməklə həm qaz istehsalında pay sahibi olub, həm də Çinə nəql edir. Digər ölkələr isə (Qırğızıstan, Tacikistan) daha ağır durumdadır. Belə ki, həmin ölkələr bu borclara görə hətta müstəqilliklərini də itirə bilərlər.
Çin məsələsini təsadüfən qabartmadım. Belə ki, Amerikadakı beyin mərkəzləri də hazırki vəziyyəti bu cür xarakterizə edir “Rusiya bu günün, Çin isə gələcəyin təhlükəsidir”. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə bu ölkələri də çox ağır duruma sürüklədi. Daşınmalarda yaranan problemlər, dünyadakı iqtisadi böhran və.s onları da ciddi şəkildə narahat edir. Məsələn, Qazaxıstan Qazaxıstan kəşf olunmuş dünya neft ehtiyatlarına görə 13-cü, qaz və kondensat ehtiyatlarına görə 15-ci, neft hasilatının səviyyəsinə görə 28-ci yeri tutur.
Xatırlayırsınızsa təxminən 1 il öncə Qazaxıstan neftini Rusiya ərazisi ilə Avropa bazarlarına çatdıran Xəzər Beynəlxalq Boru Xətti ilə neft nəqlində qəza baş verdi. Qəza kəmərlə gedən Novorossiysk limanında nefti tankerlərə yükləyən xətlərdən birində baş vermişdi. Sadəcə bu deyil, eyni zamanda Qazaxıstandakı zavodlarda müəmmalı şəkildə yanğınların baş verməsi və.s Rusiyanın adının daha çox hallanmasına gətirib çıxardı. Diqqətlər Rusiyaya ona görə yönəlir ki, Ukrayna ilə savaş fonunda Qərbə qarşı istifadə etdiyi ən ciddi təsir rıçağı əlindən çıxmış olurdu. Buna görə də bu cür “qəzaların” hardan yarandığını az-çox təxmin etmək mümkündür.
ABŞ dövlət katibi həm də Hindistana səfər edəcək. Hindistan da bölgədəki vacib halqalardan biridir və böyüməkdə olan gücdür. Hindistanla ABŞ münasibətləri, iqtisadi əməkdaşlıq məlumdur. Hesab edirəm ki, bu səfərin daha çox Rusiya-Ukrayna savaşı ilə əlaqəsi var. Belə ki, bundan öncəki yazılarımda da qeyd etdiyim qütbləşməkdə olan dünyada ABŞ regional rəqibləri qarşı-qarşıya gətirir. Məsələn, Rusiyanın nüvə təhdidlərinin artdığı bir zamanda Çin də Şərq cəbhəsində yer alarsa faktiki dünya savaşı başlayacaq. Əvvəla onu deyə bilərəm ki, Çin də Rusiyanın tam qələbəsini istəmir. Lakin tam məğlubiyyətini də arzulamır. Ona görə ki, sıradakı məhz özüdür. Bununla yanaşı əgər Çin Qərbə qarşı Şərq koalisiyasında yer alarsa çox şey itirmiş olacaq. Belə ki, Çinin əsas bazarı məhz Qərb bazarıdır. Ona görə də Çin bu savaşda yer almayacaq. Hər halda əgər alarsa belə Hindistanın da qarşısında olacağını nəzərə almalıdır. Bu isə Çin üçün ən arzuolunmaz ssenaridir.
Entoni Blinkenin bu səfərinin məqsədi bir daha qeyd edirəm ki, Orta Asiya ölkələrinin Çinin vəRsuiyasının təsirindən çıxartmaqdır. Lakin bu o qədər də sadə deyil, xüsusilə də Çin səbəbilə. Əlbəttə o da məlumdur ki, Birləşmiş Ştatların da bu bölgədə çox ciddi yatırımları var. Görünən odur ki, bu yatırımların miqdarı daha da çox artacaq. Bu isə həmin ölkələrin tədricən Çindən iqtisadi asılılığını azaldacaq, lakin bu dəfə eyni ssenari ABŞ ilə münasibətlərdə müşahidə ediləcək.
Rusif Məmmədsoy
Şərhlər