"Elçibəy mənim üçün təkcə dost deyildi, həm də ..." - Rüstəm Behrudi

22.08.2015 14:24     Siyasi reaksiya     2829

Bu gün Azərbaycan Respublikasının eks prezidenti, AXC-nin qurucusu, mərhum Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. O, Azərbaycan tarixində bir sıra xidmətləri ilə yadda qalıb.

Bu gün doğmaları, yaxınları, məsləkdaşları, sevənləri Elçibəyin xatirəsini müxtəlif formada yad ediblər.  

Reaksiya.az Elçibəyin yaxın dostu olmuş şair Rüstəm Behrudinin onunla bağlı xatirələrini öyrənib:

“Elçibəy ilə çox yaxın dost idik. O, çox qeyri-adi insan idi. Əbülfəz Elçibəy Azərbaycan siyasətində, ümumiyyətlə dünya siyasətində yeganə adamdır ki, onu düşmənləri də sevir. Onun ölüm günü düşündüm ki, bundan sonra darıxanda hara gedəcəyəm. Əbülfəz Elçibəy mənim üçün təkcə dost deyildi, həm də mənim üçün ümid yeri, inanc yeri idi. Doğma adamlar haqqında söz demək çox çətindir”.

Şərhlər