Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - RƏSMİ

15.05.2023 12:54     Siyasi reaksiya     428

Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Brüsseldə keçirilmiş növbəti görüşdə Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb

Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

“Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir”, - məlumatda qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar