Azərbaycan Bütövlük Plarforması Cümhuriyyətin 105 -ci ildönümünü möhtəşəm bayram tədbiri ilə qeyd etdi. - FOTOLAR

28.05.2023 21:48     Siyasi reaksiya     491

AMEA Cümhuriyyət şöbəsinin müdiri Kamran İsmayılov:
"Novruz bayramından daha öncəlikli bayramımız 28 May Cümhuriyyət günüdür. Xalqımız 28 may bayramını daha təmtəraqlı qeyd etməli, xanımlarımız mütləq bu təqvimdə bayram aşı bişirməlidir'.
ABP
Cümhuriyyət gününə həsr olunmuş bayram törəninə  aydınları, siyasiləri və gəncləri topladı.
Bayram törənini qısa  giriş nitqi ilə açıq elan edən ABP sədri Bəhram İsmayıl məruzə üçün sözü M. Ə. Rəsulzadənin nəvəsi prof. Rəis Rəsulzadəyə verdi.
Çoşqulu alqışlarla salamlanan R. Rəsulzadə Cümhuriyyət gününün önəmindən, qurucu babalarımızın fəaliyyətindən danışdı.
Daha donra məruzə üçün söz alan  AMEA Cümhuriyyət şöbəsinin müdiri prof. Kamran İsmayılov Rəsulzadə və silahdaşlarının çox çətin şərtlər altında ağlasığmaz fəaliyyətindən, Cümhuriyyətin tariximizdə rolundan  bəhs edərək, bu bayramın xalqımızın həyatında və düşüncəsində  ən önəmli bayram statusu almalı olduğunun zəruriliyini vurğuladı: 
 "Xalqımızın,  Cümhuriyyət bayramını novruz bayramından  daha təmtəraqlı  keçirilməsinə nail olduğumuzda qurucu babalarımızın dəyərini vermiş olacağıq".
Tədbirdə  KXCP sədri, keçmiş millət vəkili Mirmahmud Mirəlioğlu, böyük şair Rüstəm Behrudi, tanınmış türkoloq və hüquqşunas İbrahim Xəlil, ADR sədr müavini, Rüfət Muradxanlı, AMİP - dən professor Vidadi  Bəşirov, keçmiş DİN naziri Siyavuş Mustafa, keçmiş millət vəkili və ABH İH -nin üzvü Fərəc Yusifbəyli, ÜMİD partiyası İcra Aparatının sədri Taleh Əliyev,tarixçi Nəcəfalı Cahangirli,  içtimai  fəallardan Zəfər Cəfərli, Elmira Rüstəmova və başqaları Cümhuriyyətin xalqımızın tarixindəki önəmindən və qurucu babalarımızın fəaliyyətindən danışdılar.
Bayram törəni xatirə fotolarının çəkilməsi ilə başa çatdı..

 

 

 

 

Şərhlər

Çox oxunanlar