İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

30.05.2023 11:29     Siyasi reaksiya     805

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Prezidenti İshaq Hersoqun rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsrail Prezidenti İshaq Hersoq və Mixal Hersoqu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.
İsrail və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və İsrail Prezidenti İshaq Hersoq fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İsrail Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İshaq Hersoqun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Reaksiya.az

Şərhlər