“İpək yolu” Rusiya üçün bir əməkdaşlıq layihəsidir” - Medvedev

22.08.2015 14:57     Siyasi reaksiya     1892

 

Rusiyanın baş naziri Dmitri Medvedev Çin ilə Avropa arasında ticarət dəhlizi meydana gətirəcək yeni İpək Yolu İqtisadi layihəsinin Moskva ilə Pekinin əməkdaşlığının inkişafg etdirəcəyini bildirib.

Reaksiya.az xəbər verir ki, Kuril adalarını ziyarət edən Rusiya baş naziri Medvedev layihə üçün Rusiyanın Çinlə razılığa gəldiyini xatırladıb və İpək yolunun bir əməkdaşlıq layihəsi olduğunu ifadə edib.

Medvedev həmçinin layihənin Avrasiya İqtisadi Təşkilatına üzv olan digər ölkələr Belorus, Ermənistan, Qazaxıstan və Qırğızıstan üçün də faydalı olmasını ümid etdiyini bildirib.

Çinin 2013-cü ildə verdiyi İpək Yolu İqtisadi Layihəsi ilə Çindən Avropaya bir ticarət xəttinin yaradılması planlaşdırılır.

Şərhlər

Çox oxunanlar