Əbülfəz Elçibəyin 85 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTOLAR
24.06.2023 12:17 Siyasi reaksiya 1425
Azərbaycan Bütövlük Platformasının təşkilatçılığı ilə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 85 illik yubuleyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl Ə. Elçibəy haqqında qısa giriş nitqindən
sonra sözü tədbirin məruzəçisi dosent-dr. Mərmərə Universitetinin müəllimi MHB başqanı Arif Acaloğluna verib.
A. Acaloğlu Ə. Elçibəyin həyat və fəaliyyəti haqda geniş.məruzə ilə çıxış edib:
"Ə. Elçibəy ölmüş fikirləri, düşüncələri bərpa edən, reabilitasiyasını həyata keçirən və onlara həyat verən nəhəng tarixi şəxsiyyət, ideoloq, siyasi liderdir".
Məruzəçi çıxışında yeni və çox maraqlı faktlar açıqladı, xüsusən 1974-75 -ci illərdəki etiraz aksiyarı haqda məlumat verərək, Elçibəyin o dövrdəki liderlik rolina, ali məktəblərdəki fəaliytətinə işıq saldı.
A, Acaloğlu, Azərbaycanın müstəqilliyi ilə nəticələnmiş Milli Azadlıq Hərəkatının ruşeymlərinin ötən əsrin 70-ci illərində Ə. Elçibəy tərəfindən qoyulduğunu konkret faktlarla açıqladı.
Və sonda tədbir iştirakçılarının suallarını cavablandırıb.
Daha sonra söz alan fəlsəfə Elmlər doktoru Nazir Əhmədli Ə. Elçibəyin 260 illik şəcərəsi haqda maraqlı məlumatlar verib..
Digər çıxışçılar, görkəmli tədqiqatçı - alim Əli Şamil, Azadlıq hərəkatının öncüllərindən Səyavuş Mustafa, AXP sədri Pənah Hüseyn, iqtisadçı alım Qənimət Səfərov,ADRH sədr müavini Rüfət Muradlı, DDR sədri Əli Mustafa və başqaları Ə. Elçibəyin həyat və fəalliyyəti hada öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Məktəbli Məhluqə Mustafaqızının çıxışı zalda xüsusi rəğbətlə qarşılanıb..
Yubiley tədbiri xatirə fotolarının çəkilməsi ilə başa çatıb.
Şərhlər