Özbəkistan XİN başçısı Azərbaycana gələcək
03.07.2023 13:49 Siyasi reaksiya 439
Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycana gələcək.
Özbəkistan XİN başçısı Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin iclasında iştirak edəcək.
İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
Şərhlər