Balasanyan sərbəst buraxıldı
18.07.2023 12:59 Siyasi reaksiya 302
Bir neçə gün öncə saxlanılan Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan general Vitali Balasanyan sərbəst buraxılıb.
"Reaksiya.az" “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan məlumat verib.
Onun sözlərinə görə, məhkəmə Balasanyanın həbsi ilə bağlı vəsatəti rədd edib.
Xatırladaq ki, V. Balasanyan iyulun 14-ü Əsgərandakı evində 40 dəqiqə axtarış aparıldıqdan sonra saxlanılmışdı. Onunla birlikdə oğlu, əmisi oğlu və qardaşı oğlu tutulmuşdu.
Şərhlər