Krıma nəhəng Rusiya bayrağı hədiyyə edildi

22.08.2015 16:17     Siyasi reaksiya     2267

Bu gün Rusiya keçmiş prezident Boris Yeltsinin 1994-cü ildə elan etdiyi Milli Bayraq gününü qeyd edir. Bayram çərçivəsində Krıma Meksikada hazırlanan 450 kvadrat metr böyüklüyündə nəhəng Rusiya bayrağı hədiyyə ediləcək.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Krım Nazirlər Kabinetindən məlumat verilib. Rusiya-Meksika beynəlxalq mədəniyyət layihəsi çərçivəsində paytaxt Simferopolda rəsmi mərasim keçiriləcək. Tədbirdə Meksika, Venesuela, Orta Afrika və Karib Hövzəsində Arxiyepiskopu Antonionun hədiyyəsi kimi Krıma 450 metr kvadrat böyüklüyündə nəhəng Rusiya bayrağı veriləcək.

Krımın Baş Naziri Sergey Aksenovun da mərasimə qatılması gözlənilir. Rusiyanın paytaxtı Moskvada Milli Bayraq günü çərçivəsində 40 tədbir keçiriləcək, şəhərin müxtəlif bölgələrinə nəhəng Rusiya bayraqları asılacaq.

Rusiyanın Baş Naziri Dmitri Medvedev də Kuril adalarına həyata keçirdiyi vətəndaşları bayram münasibətilə təbrik edib. Medvedev səfər çərçivəsində İturup Rusiya Gənclər Forumu iştirakçıları ilə görüşüb. Forum iştirakçıları Oxot dənizi sahilində nəhəng bir bayraq açıb. Medvedev gənclərlə birlikdə fotoşəkil çəkdirərək "Rusiya, Milli Bayraq günün mübarək olsun", - deyib.

Mavi, ağ və qırmızı rənglərdən ibarət Rusiya bayrağının tarixi 300 il əvvələ söykənir. Bu bayraq ilk dəfə olaraq Rus Çarı Böyük Pyotrun atası 1645-1675-ci illər arasında hökm sürmüş olan Çar I Aleksandr dövründə Rusiya döyüş gəmisi Oryolun dirəyinə çəkilmişdi. Bayraq daha sonra Çar I Pyotrun 1705-ci il tarixli əmri ilə bütün rus ticarət gəmilərində dalğalandı. 1896-cı ildə Çar II Nikolay dövründə isə azadlıq və müstəqilliyi rəmzi olan ağ, Rusiyanın qoruyucusu Məryəm ananı simvollaşdıran mavi və güc rəmzi qırmızı rənglərdən ibarət Rusiya bayrağı dövlətin rəsmi bayrağı statusunu qazanmışdı. Sovetlər Birliyi dövründə yerini qırmızı bayrağa verən bayraq, sosialist sistemin 1991-ci ildə süqutu ilə yenidən göyə ucaldı. 

Şərhlər

Çox oxunanlar