Prezident bölgələrə səfər edəndə maşını niyə özü sürür?

21.07.2023 18:26     Siyasi reaksiya     527

“Ölkəni gəzirəm, səyahət edirəm. Və bunu maşınla edirəm”.

Reaksiya.az” xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlət başçısı bölgələrə səfər zamanı avtomobili özünün idarə etməsinin səbəbini belə açıqlayıb:

“Maşınla hərəkət edəndə daha çox görürəm, nəinki helikopter və ya təyyarə ilə səyahət edəndə. Və yerlərdə olan məmurlar bilirlər ki, gələn dəfə gələndə bunu yoxlayacam, nəzarət edəcəm”. 

Şərhlər

Çox oxunanlar