Qərar verildi: NATO-Ukrayna Şurası çağırılır
23.07.2023 14:08 Siyasi reaksiya 377
NATO baş katibi Yens Stoltenberq Ukrayna tərəfinin son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq üçün yeni yaradılmış NATO-Ukrayna Şurasının iclasının çağırılması tələbinə razılıq verib.
"Reaksiya.az" xəbər verir ki, bunu NATO-nun sözçüsü Oana Lunqesku deyib.
Onun sözlərinə görə, növbədənkənar görüşün iyulun 26-da keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, dünən Vladimir Zelenski Nato baş katibi ilə danışdığını və Qara dənizdə təhlükəsizliklə bağlı məsləhətləşmələr üçün NATO-Ukrayna Şurasının çağırılmasını təklif etdiyini bildirmişdi.
Şərhlər