“Ermənistan Rusiya qırıcılarını dövlət büdcəsi hesabına almayıb”

01.08.2023 16:20     Siyasi reaksiya     896

“Ermənistan ordusu üçün Rusiya istehsalı “Su-30” qırıcı təyyarələri dövlət büdcəsi hesabına alınmayıb”.

"Reaksiya.az" “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında deyib. 

Onun sözlərinə görə, bu təyyarələr hökumətin tədbirlər proqramı çərçivəsində əldə edilib. 

Tonoyan bununla belə, təyyarələrə sərf olunan vəsaitlərin mənbələrini ictimaiyyətə açıqlaya bilməyəcəyini, bunu yalnız qapalı iclas zamanı deyə biləcəyini vurğulayıb.

Şərhlər

Çox oxunanlar