Rusiyadan sülh açıqlaması: Bakı və İrəvandan gələn siqnallar...

09.08.2023 14:05     Siyasi reaksiya     905

Ermənistan və Azərbaycan arasında bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmaq üçün danışıqlar aparılır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev deyib.

“Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana enerjili yardım göstərir. Hər il üçtərəfli sammitlər keçirilir, xarici işlər nazirləri mütəmadi olaraq görüşürlər və bu yaxınlarda da belə bir görüş olub. Amma Bakı və İrəvandan sülhün mümkün qədər tez əldə olunmasına sadiq olduqları barədə gələn siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar”,- Zaytsev bildirib.

Reaksiya.az

Şərhlər